Sabunun içərisindən heroin çıxdı

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən "Olaylar"a verilən məlumata görə, Cinayət Məcəlləsinin 93.1.4 və 234.2-ci maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilmiş şəxs Əzizov Daşqın Paşa oğluna Bərdə rayon sakini Rəşad Əliyev tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sabunun içərisində xüsusi üsulla gizlədilmiş 0,875 qram heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31