Balakən sakininin həyətində 235 ədəd çətənə kolu aşkar edilib
9 May 2018 14:01 KriminalSumqayıt və Balakəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri keçirilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Kamran Quliyevdən 460 qram marixuana götürülüb.
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Hənifə kənd sakini Ülviyyə Məmmədovaya məxsus həyətanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 235 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar aparılır.
Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31