Çay evində bıçaqlanma..
8 May 2018 11:10 KriminalNəsimi rayonunda yerləşən "Samovar" çay evində bıçaqlanma faktı qeydə alınıb.
Çay evində ofisiant işləyən Elçin İsmayılov iş zamanı bıçaqlanıb. Belə ki, müştərilərə qulluq edən zaman çay onlardan birinin üstünə dağılıb. Elə bu səbəbdən aralarında mübahisə yaranıb. Nəticədə müştəri E.İsmayılova bıçaq xəsarəti yetirərək aradan çıxıb. Yaralı təcili olaraq 1 saylı şəhər xəstəxanasına çatdırılıb, vəziyyəti orta-ağırdır.
Faktla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb, hələlik saxlanılan yoxdur.
Olke.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31