Şirvanda 12 otaqlı ev yanıb

Şirvan şəhərində ümumi sahəsi 324 m2 olan ikimərtəbəli 12 otaqlı evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə evin 1-ci mərtəbəsində yerləşən mətbəxin yanar konstruksiyaları, hamam otağında məişət əşyaları və 2-ci mərtəbədə 1 otağın döşəməsi, ev əşyaları 20 m2 sahədə yanıb. Yüksək temperaturdan hamam otağının lambirdən ibarət tavanı 25 m2 sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31