“QAZel” 5 yaşlı uşağı vurub öldürdü

Bakıda 5 yaşlı uşağı maşın vuraraq öldürüb.

DİN-dən "Olaylar"a verilən məlumata görə, hadisə mayın 6-da saat 15 radələrində Suraxanı rayonunun Binə qəsəbəsində baş verib.Qəsəbə sakini Mehrab Səfərov idarə etdiyi "QAZel" markalı avtomobillə 5 yaşlı İbrahim Köçəriyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31