Çinar ağaçına görə 2000 manat CƏRİMƏ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib.

Olaylar.az bildirir ki, reyd zamanı Xətai rayonu Sarayevo küçəsi ilə M.Hadi küçələrinin kəsişməsində  yaş köküstə 26 sm diametrliyində 1 ədəd Şərq çinarı  ağacının kəsildiyi aşkar edilib.

Araşdırma zamanı ağacın Bakı şəhər sakini Emin Dadaşov tərəfindən kəsildiyi və təbiətə 750 manat ziyan dəydiyi məlum olub. Faktla bağlı protokol tərtib olunub və qanun pozucusu fiziki şəxs qismində 2000 manat məbləğində cərimə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31