Aksiz markasız siqaret və araqlar aşkarlandı
7 May 2018 12:10 KriminalAksiz Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda aksiz markasız siqaretlərin və araqların realizə edilməsinin qarşısını alıblar.
DGK-dan "Olaylar"a verilən məlumata görə, Baş İdarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Azərbaycan vətəndaşının idarə etdiyi "Renault Tondar 90" markalı minik avtomobili Bakı-Quba yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində saxlanılıb. Avtomobilə baxış zamanı, küllli miqdarda aksiz markasız "Marlboro", "King" siqaretləri və "Nemiroff" araqları aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31