Avtoyuma məntəqəsində müştərinin avtomobilini yardılar

Hadisə Səbail rayonu, Xəqani küçəsində yerləşən avtoyuma məntəqəsində qeydə alınıb.

Kamran Həsənzadəyə məxsus 90 HD 099 dövlət nömrə nişanlı "Range Rover" avtomobilindən xeyli miqdarda pul oğurlanıb.

Belə ki, avtomobili təmizləmək məqsədi ilə avtoyuma məntəqəsinə verib. Ancaq maşını təhvil alan zaman sandıqçadan 1300 manat və 1000 ABŞ dollarının yoxa çıxdığını görüb. Bu barədə zərərçəkən ərazi üzrə 39-cu polis bölməsinə məlumat verib. 

Faktla bağlı polis bölməsinin əməliyyatçıları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Olke.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31