Avtoqəzada 1 nəfər ölüb, 2-si yaralanıb
4 May 2018 16:32 KriminalHacıqabul rayonunun Şorbaçı kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən "OLaylar"a verillən məlumata görə, mayın 3-də saat 13 radələrində Hacıqabul rayonunun Şorbaçı kəndində Quba rayon sakini Zakir Babayev idarə etdiyi "Sadko" markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Hacıqabul RPŞ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31