Avtomobil qaçıran dəstə yaxalanıb

Avtomobil qaçırmaqda şübhəli bilinən dəstə saxlanılıb.

DİN-dən "OLaylar"a verilən məlumata görə, Qax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 3-də Əlibəyli kəndindən kənd sakini Alik Xəlilova məxsus "VAZ-2107" markalı avtomobili qaçırmaqda şübhəli bilinən Qaxbaş kənd sakinləri İmeda Qamxaraşvili, Ramazi Baçaliaşvili, Vitaliy Lomaşvili və əvvəllər məhkum olunmuş Səbuhi Məmmədov saxlanılıb.

Qax RPŞ tərəfindən araşdırma aparılır.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31