Avtomobil qaçıran 2 yeniyetmə saxlanıb

Avtomobil qaçırmaqda şübhəli bilinən 2 yeniyetmə saxlanıb.

DİN-dən "OLaylar"a veriln məlumata görə, Sabunçu RPİ 42-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 2-də Nardaran qəsəbəsindən qəsəbə sakini İlqar Babayevə məxsus "ZAZ" markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər və Abşeron rayon sakinləri olan 2 yeniyetmə saxlanılmışlar.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31