Şəmkir rayon sakininin evində 2 kq marixuana aşkar edilib

Şəmkir rayon sakininin evində külli miqdarda narkotik vasitə aşkar edilib.

DİN-dən "OLaylar"a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Çinarlı qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Anar Əliyevin evindən çəkisi 2 kiloqram 210 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31