Gəncədə 4 avtomobil toqquşub

Gəncə şəhərində zəncirvari yol qəzası baş verib.

Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Belə ki, işıqforun qırmızı işığından keçən "Nissan" markalı avtomobil "Niva" markalı avtomobillə toqquşub. Bu zaman daha iki avtomobil, "Mercedes" və "VAZ-21011" markalı avtomobillər də həmin maşınlara çırpılıb. Qəza nəticəsində ciddi xəsarət alan olmasa da, hər 4 avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31