Torpaq satmaq adı ilə vətəndaşları aldadanlara HÖKM OXUNDU

Vətəndaşların etibarında sui istifadə edərək dələduzluq etməkdə təqsirləndirilən Xatirə Hüseynova və  Azər Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən, Xatirə Hüseynova 3 il,  Azər Ağayev 2 il 6 ay həbs cəzası verilib ev dustaqlığında olan həbs qətimkan tədbiri seçilib və məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, hər iki təqsirləndirilən şəxslər özlərinə məxsus olmayan torpaq sahələrini vətəndaşlara satmaqda təqsirləndirilib. İş üzrə ümumi ziyan 22 min manatdır. Hər iki şəxs uzun müddət istintaqda gizlənə bilib. Hər ikisi axtarışa verilib.

Onlar saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib. Daha sonra Azər Ağayev ev dustaqlığına buraxılıb.

Lent.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31