Goranboyda 21 yaşlı qız özünü körpüdən atıb - VİDEO
3 May 2018 18:34 KriminalGoranboy rayonunda 21 yaşlı qız intihara cəhd edib.
Hadisə Dəliməmmədli şəhəri ərazisində baş verib. Goranboyun Ağamalıoğlu kənd sakini, 1997-ci il təvəllüdlü Kazımova Sevinc Xaliq qızı Bakı-Qazax magistralı üzərində yerləşən körpüdən özünü atıb.
Ayağından sınıq xəsarətləri alan S. Kazımova Gəncə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəmində qeydə alınıb.
Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31