Bakıda yaşayış binasında yanğın olub

Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə binanın 1-ci mərtəbəsində yerləşən mağazanın girişinin asma tavanı və reklam lövhəsi 5 m2 sahədə yanıb. Mağaza yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31