Məscidin seyfindən pul oğurlayanlar tutulublar

Masallı rayonunun Aşurlu kənd məscidindəki seyfdən pul oğurlanıb.

DİN-dən "Olaylar"a verilən məlumata görə, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 24-də Aşurlu kənd məscidindəki seyfdən 2300 manat, 1300 ABŞ dolları və 16400 rubl (440 manat) oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakinləri, əvvəllər məhkum olunmuşlar - Əli Zeynalov və Nizami Mahmudov saxlanılmışlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31