Evində marixuana yetişdirən şəxs tutulub

Binə qəsəbə sakininin evində kultivasiya yolu ilə yetişdirilmiş narkotik vasitə aşkar edilib.

DİN-dən "Olaylar"a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Binə qəsəbə sakini Vadim Breusun yaşadığı evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilmiş 54 ədəd çətənə kolu və çəkisi 177 qramdan artıq qurudulmuş, 150 qram isə qurudulmamış marixuana aşkar edilərək götürülmüşdür.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31