Arvadını qətlə yetirən şəxs aradan çıxıb

Nərimanov rayonu ərazisində qətl hadisəsi qeydə alınıb.

DİN-dən "Olaylar"a verilən məlumata görə, mayın 1-də Nərimanov rayonu Xətai prospektindəki evlərin birinin qarşısında Gəncə şəhər sakini Rəşad İbrahimzadə münaqişə zəminində keçmiş arvadı Zəhra İbrahimovaya və onunla birgə olan Bakı şəhər sakini Emil Əliyevə bıçaqla xəsarətlər yetirərək hadisə yerini tərk etmişdir. Nəticədə Z.İbrahimova hadisə yerində ölmüş, E.Əliyev isə xəstəxanaya yerləşdirilmişdir.

Nərimanov RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31