Avtoqəzada 2 nəfər ölüb, 2-si yaralanıb

Sabunçu rayonunun Bakıxanov qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən "Olaylar"a verilən məlumata görə, mayın 2-də saat 1 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qəsəbə sakini Zahid Şərifov idarə etdiyi "Volkswagen" markalı avtomobili yolun kənarındakı evin hasarına, sonradan isə qaz borusuna vurmuşdur. Nəticədə sürücü və sərnişinlərindən qəsəbə sakini Elçin Tağıyev hadisə yerində ölmüş, digər 2 sərnişini xəstəxanaya yerləşdirilmişdir.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31