İş adamının evindən 122 min dollar pul oğurlandı

Hadisə Nəsimi rayonu, C.Səlimov küçəsi, ev 7 ünvanında baş verib.

Rasim Abdullayevə məxsus mənzildən 122 min ABŞ dolları və 5000 manat pul oğurlanıb. Zərərçəkən oğurluq barədə xəbər tutan kimi dərhal polisə məlumat verib. Nəsimi rayon Polis İdarəsinin müstəntiqi və 20-ci polis bölməsinin əməkdaşları dərhal hadisə yerinə gəliblər, əl-barmaq izlərindən nümunələr götürüblər. 

Qeyd edək ki, zərərçəkən Rasim Abdullayev iş adamıdır, bizneslə məşğuldur.

Faktla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin 177.3.2-ci ( oğurluq; küllü miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Olke.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31