Azərbaycanda dövlət müəssisəsində zəhərlənmə faktı qeydə alınıb
1 May 2018 22:56 KriminalMingəçevir Sənaye Parkında zəhərlənmə hadisəsi baş verib.
Hadisə "Mingəçevir Tekstil" MMC-nin sexlərinin birində iş prosesi zamanı qeydə alınıb.
Belə ki, əməkdaşlardan ən azı 5-6 nəfərin halı pisləşib və onlar huşsuz vəziyyətə düşüb. Durumu ağır olan şəhər sakinləri - 1980-ci il təvəllüdlü Gülnarə Nurəddin qızı Hüseynova, 1976-cı il təvəllüdlü Lalə Oruc qızı Hüseynova, 1983-cü il təvəllüdlü Vidadi Yaqub oğlu Mehdiyev və Yevlax rayon sakini, 1993-cü il təvəllüdlü Yaşar Vasif oğlu Bəkirov xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, zəhərlənməyə iş prosesində tətbiq edilən kimyəvi maddənin təsiri olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31