Şəmkirdə 18 yaşlı oğlan bıçaqlanıb

Şəmkir rayonunda 18 yaşlı gənc bıçaqlanıb. 

Hadisə rayonun Könüllü kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini, 2000-ci il təvəllüdlü Mətləb Seyfəddin oğlu Ələkbərli mübahisə zəmnində həmyerlisi tərəfindən bıçaqlanıb. 

Yaralı xəstəxanaya yerləşdirilib və cərahiyyə əməliyyatı olunub. 

Onun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı araşdırılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31