Fəhlə ehtiyatsızlığın qurbanı oldu
1 May 2018 14:16 KriminalXəzər rayonunun Şagan qəsəbəsində fəhlənin ölüm faktı qeydə alınıb.
Aprel ayının 26-da Şüvəlan qəsəbə sakini 1964-cü il təvəllüdlü Akif Mehdiyev günə muzd işlədiyi həyətdə tikinti işləri apararkən ehtiyatsızlığın qurbanı olub. Belə ki, o, pilləkəndən yıxılaraq başı daşa dəyib. 3 saylı xəstəxanaya çatdırılıan fəhlə həkimlərin səylərinə baxmayaraq, ötən gecə dünyasını dəyişib.
Faktla bağlı Xəzər rayon prokurorluğunda araşdırmalara başlanılıb.
Olke.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31