Daşkəsəndə ağır yol qəzası: 6 yaralı

Daşkəsən rayonunda sərnişin mikroavtobusu ilə mitink avtomobilinin toqquşması nəticəsində ağır qəza baş verib.

Mikroavtobus Daşkəsən-Gəncə yolunun 18 km-də VAZ-2106 markalı avtomobillə toqquşub. Hadisə nəticəsində 6 nəfər - 1965-ci il təvəllüdlü Verdiyeva Zərqələm, Əliyev Çapay (1957), Allahverdiyev Zahid (1964) və Qurbanov Elşən (1967) Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, adları hələ ki, məlum olmayan iki azyaşlı isə Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına çatdırılıb. Azyaşlılar 11 yaşlı qız və 6 yaşlı oğlan uşağıdır.

Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.

Qəza nəticəsində VAZ-2106 markalı avtomobildə olan 3 nəfərdən biri yüngül xəsarət alıb. Ona hadisə yerində ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31