Paytaxtda köməksiz vəziyyətdə qalan 1 azyaşlı xilas edilib
30 Aprel 2018 23:26 KriminalTrend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin edib.
Əməliyyat başa çatıb
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31