Samuxda ər arvadını döyərək qətlə yetirib
30 Aprel 2018 18:52 KriminalSamuxda qətl hadisəsi törədilib.
Hadisə rayonun Kolayır kəndində baş verib.
Orada yaşayan 1981-ci il təvəllüdlü Ağamir Səmədov ailə münaqişəsi zəminində yaşadığı evin həyətində həyat yoldaşı, 1983-cü il təvəllüdlü Ləman Səmədovanı döyüb. Bədən xəsarətləri alan qadın orada ölüb.
Cinayəti törədən şəxs saxlanılıb. Məlumata görə, ailənin böyüyünün 9 yaşı olan övladı var.
A. Səmədov bundan əvvəl məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Samux rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.
Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31