Metroda növbəti intihar cəhdi

Bakı metrosunda növbəti dəfə intihara cəhd olub.

Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev "OLAYLAR"-a bildirib ki, Bakı şəhər sakini Zülfüqarov Elvin Əli oğlu "Gənclik" stansiyasında yanındakı dostu ilə mübahisə edərək relslərin üstünə atılıb. Stansiyada qatar olmadığından stansiya və polis əməkdaşlarının təcili müdaxiləsi ilə intihara cəhd edən şəxs oradan çıxarılıb.

Qeyd edək ki, Elvin Zülfüqarov heç bir xəsarət almayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31