Bakıda məktəbli faciəvi şəkildə öldü - FOTO

 

Bakıda məktəbli faciəvi şəkildə həlak olub.

criminal.az  xəbər verir ki, dünən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində 7 yaşlı Vaqifi maşın vurub. O, aldığı zərbədən keçinib.

Hadisə Vaqif yaşadığı məhəllədə velosiped sürərkən baş verib. Qonşuluqda yaşayan sürücü avtomobillə yüksək sürətlə hərəkətdə olarkən Vaqifi vurub. Zərbənin təsirindən uşağın başı daşa dəyib.

Vaqif 141 saylı orta məktəbin 1-ci sinif şagirdi idi.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində cinayət işi başlanıb, istintaq aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31