Avtobusu qaçırıb qəza törətdi

Bakıda marşrut avtobusu qaçırılıb.

Mahir Abdullayevə məxsus 108 saylı maşrut avtobusu Vuqar Həsənov adlı şəxs tərəfindən qaçırılıb. Belə ki, marşrutu qaçıran şəxs Moskva prospektində avtobusu səkiyə çırparaq qəza törədib. Hadisə yerinə gələn polis əməkdaşları avtobusun sənədlərini tələb edən zaman məlum olub ki, sərnişin daşıyan marşrut  avtobusu qaçırılıb. 

Faktla bağlı V.Həsənova qarşı Nərimanov RPİ-də cinayət məclləsinin 185-ci maddəsi ilə cinayət işi başlanıb və sürücü həbs edilib.

Olke.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31