Yasamal rayonunda ölümlə nəticələnən qəza baş verib
27 Aprel 2018 11:35 KriminalKərəm Əliyev dairəvi yolda idarə etdiyi "Hyundai" markalı avtomobili dəmir maneyə vurub. Nəticədə avtomobildə olan həyat yoldaşı Ağgül Əliyeva aldığı ağır bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə aparılıb.
Faktla bağlı Yasamal RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, sürücü istintaqa cəlb olunub.
Olke.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31