Evə basqın edən maskalılar tutulublar
Quldurluq etməkdə şübhəli bilinən 3 yeniyetmə saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə müraciət edən Boladi kənd sakini olan qadın gecə saatlarında yaşadığı evə pəncərədən girmiş 3 maskalı şəxsin onunla rastlaşdıqda pul vermələrini tələb etdiyini, pulu olmadığına görə onların aradan çıxdıqlarını bildirib. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
26 Aprel 2018 15:33 KriminalQuldurluq etməkdə şübhəli bilinən 3 yeniyetmə saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə müraciət edən Boladi kənd sakini olan qadın gecə saatlarında yaşadığı evə pəncərədən girmiş 3 maskalı şəxsin onunla rastlaşdıqda pul vermələrini tələb etdiyini, pulu olmadığına görə onların aradan çıxdıqlarını bildirib. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkldə şübhəli bilinən kənd sakinləri olan 3 yeniyetmə saxlanılıb. Araşdırmalar zamanı saxlanılanların ev sahibini bıçaqla hədələmələri də müəyyən edildiyindən faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.