Paytaxtda soyğunçuluq edən tutulub

Soyğunçuluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, aprelin 22-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində 3 nəfər naməlum şəxs qəsəbə sakini Orxan İmanovun pulqabısını, qol saatını və 2 ədəd mobil telefonunu ondan almışlar.

Soyğunçuluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, aprelin 22-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində 3 nəfər naməlum şəxs qəsəbə sakini Orxan İmanovun pulqabısını, qol saatını və 2 ədəd mobil telefonunu ondan almışlar. Soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elşən Hüseynov 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb, daha 2 nəfərin şəxsiyyəti müəyyən edilib. Faktla əlaqədar cinayət işi başlanb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31