Lənkəranda ağır yol qəzası nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb - SİYAHI - FOTO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Lənkəranda 6 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Milli.Az FHN-nin saytına istinadən bildirir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran rayonu, Gərmətürk kəndində "Ford" markalı yük və "Mitsubishi" markalı minik avtomobillərinin toqquşması barədə məlumat daxil olub. Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 6 nəfərin (1966-cı il təvəllüdlü Aslanov Fikrət Şirəli oğlu, 1968-ci il təvəllüdlü Aslanov Namiq Şirəli oğlu, 1976-cı il Aslanov Faiq Tofiq oğlu, Xanımgül Aslanova, Mərziyyə Aslanova və Vəsmə Aslanova) cəsədi xilasedicilər tərəfindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

xxx

Lənkəranda ağır yol qəzası nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb və şəxsiyyəti müəyyənləşib.

"Report"  bildirir ki,həyatını itirənlərin hamısı bir ailənin üzvləri və yaxın qohumlardır, eyni zamanda Lənkəranın Ləj kəndinin sakinləridirlər.

Ölənlər aşağıdakılardır:

Aslanov Faiq,

Aslanov Fikrət,

Aslanov Mərziyyə,

Aslanova Xanımgül,

Aslanov Namiq

Aslanova Məsmə,

Yaralılar:

Aslanov Ülvi Faiq oğlu, 7 yaş

"Shacman"ın sürücüsü Cəfərov Natiq Təvəkkül oğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31