Əməkdar artistin yaxınını bıçaqladılar - FOTO

Tanınmış xanəndə, əməkdar artist Sevinc Sarıyevanın yaxını bıçaqlanıb. Müğənni özü bu haqda Milli.Az-a məlumat verib:"Hadisə iki gün əvvəl Beyləqanda Xocavənd ərazisində baş verib. Bıçaqlanan qardaşımın oğludur. Belə ki, ixtisasca polis olan qardaşımın oğlu xidməti vəzifəsini yerinə yetirərkən bıçaqlanıb. Hal-hazırda qardaşım oğlunun səhhəti normaldır.Bir neçə gün olar ki, mən də rayondayam. Məsələni diqqətdə saxlayıb, bizə köməklik etdiyinə görə Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayevə təşəkkür edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31