Biləsuvarda ilan zəhəri satanlar tutulub
12 May 2016 13:56 Kriminalİlan zəhəri satmaq istəyən şəxslər saxlanılıb. Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilib. Məlumata görə, Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakinləri Fəqan Hüseynzadə, Elşad Heydərov və Masallı rayon sakini Raqif Həsənov 1,131 qram ilan zəhərini 1540 manata satarkən tutulub.Faktla əlaqədar cinayət işi başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31