Valideynləri yuxuda olan 3 yaşlı körpə eyvandan yıxılıb öldü
12 May 2016 13:39 KriminalBu gün Bakıda azyaşlının ölümü ilə nəticələnən dəhşətli hadisə baş verib. Lent.az-ın məlumatına görə, saat 07 radələrində Qara Qarayev prospektində binanın qarşısında 3-4 yaşlı oğlan uşağının meyiti tapılıb. Hadisə yerinə xeyli insan yığılsa da, uşağın valideynləri tapılmayıb. Saat 09 radələrində yuxudan ayılan valideynlər uşağın eyvandan yıxılaraq öldüyünü görüblər. İlkin araşdırma zamanı bədbəxt hadisə nəticəsində ölən uşağın 2013-cü il təvəllüdlü Vəliyev İsa Rüstəm oğlu olması müəyyən edilib.Məlum olub ki, səhər yuxudan duran uşaq nənənin bazara getməsi ilə nəzarətsiz qalıb və eyvana çıxıb. Valideynləri hələ də yuxuda olduqlarından uşağın başına gələndən xeyli sonra xəbər tutublar. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31