İrandan Azərbaycana heroin keçirmək istəyən şəxs saxlanılıb
21 Aprel 2016 17:40 KriminalBiləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, yoxlama zamanı həmin şəxsin ayaqqabısının sağ tayının tərliyinin daban hissəsinin altından - dabanın oyuqlarında gizlədilmiş cəmi 2 ədəd bükümdə, xalis çəkisi 0,238 qram olan narkotik vasitə - heroin və 3 ədəd həbdən ibarət metadon adlı dərman preparatı aşkar olunaraq götürülüb. Xatırladaq ki, metadon adlı dərman preparatı "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və 3 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,015 qram təşkil edir. Faktla bağlı araşdırma aparılır.