Bakıda 34 yaşlı qadın intihar etdi

Paytaxtın Binəqədi rayonunda intihar hadisəsi baş verib. Məlumata görə, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Aynurə Məmmədova yaşadığı evdə özünü asıb. Hələlik Aynurə Məmmədovanın intihar səbələrinə aydınlıq gətirilməyib. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31