İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən şəxslər saxlanılıb
19 Aprel 2016 11:42 KriminalBiləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan Respublikası vətəndaşının üzərində şəxsi yoxlama zamanı onun ayaqqabısının sol tayından 1 ədəd bükümdə, xalis çəkisi 2,143 qram olan narkotik vasitə - tiryək aşkar olunub. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Ecoonmics"ə verilən məlumata görə, "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn digər Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama zamanı isə onun daxili orqanından (düz bağırsağından) cəmi 5 ədəd bükümdə narkotik vasitələr aşkar edilib. Həmin vətəndaşdan 1 ədəd bükümdə xalis çəkisi 23,085 qram olan heroin, 1 ədəd bükümdə xalis çəkisi 1,285 qram olan tiryək, 3 ədəd bükümdə ümumi xalis çəkisi 4,9 qram olan həşiş qətranı aşkar olunaraq götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır.