Qoyun oğrusu saxlandı

Kürdəmir rayonunda heyvan oğurluğu ilə məşğul olan şıxs saxlanıb. DİN-dən verilən məlumata görə, RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 16-da Nemət İmanova məxsus fermadan 2 baş qoyun oğurlamış Ağsu rayon sakini Heydər İsgəndərov tutulub. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31