Mağazanı qarət edənin digər oğurluğu üzə çıxdı

Balakəndə silsilə oğurluqla məşğul olan şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 30-da rayon sakini Amin Xəlilova məxsus mağazadan pul, tütün məmulatı, spirtli içki oğurlayan şəxs saxlanıb. Şəxsiyyəti müəyyən edilən Abdul Aslanovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun əvvəllər məhkum olduğu və aprelin 16-da Zülfüqar Vəliyevə məxsus evdən də məişət əşyaları oğurlaması məlum olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31