Gülləni həmkəndlisinin başına çaxdı

Aprelin 13-də Tovuz rayonunun Qalaboyun kəndindən kənd sakini Məqsəd Əmiraslanov baş nahiyəsindən güllə yarası ilə xəstəxanaya aparılarkən yolda ölüb. DİN-dən verilən məlumata görə, polis və prokurorluq əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən kənd sakini Natiq Ələkbərov tutulub. Ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan "TOZ-34" markalı tüfəng götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31