Elektrik naqili oğurlayan şəxs ifşa olunub
15 Aprel 2016 17:45 KriminalXəzər rayonunun Buzovna qəsəbəsində Bakı şəhər sakini Orxan Şıxəliyevə və Binə qəsəbəsində Tovuz rayon sakini Hidayət Hüseynova məxsus evlərdən ümumilikdə 1800 metr elektrik naqili oğurlanıb. DİN-dən verilən məlumata görə, Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Dəyanət Məmmədov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31