Qaradağda mağazanı talayan şəxs saxlanıb
15 Aprel 2016 16:21 KriminalQaradağ rayonunda oğurluqla məşğul olan şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, aprelin 14-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzlərindən birində Bakı şəhər sakini Yaqub Səfərova məxsus mağazadan açıq talama yolu ilə 127 ədəd mikroyaddaş elektron daşıyıcı kartları aparmış paytaxt sakini Fərzalı Alyasov saxlanıb. O, Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən 10-cu PB-yə təhvil verilib. Qaradağ RPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31