5,81 qram psixatrop maddə - metamfetamin aşkar olunub

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" Gömrük Postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşının üzərində qanunvericiliyə uyğun olaraq şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı onun sol ayağındakı corabın içərisindən şəffaf selofanda gömrük nəzarətindən gizlədilən, xalis çəkisi 5,81 qram olan psixatrop maddə- metamfetamin aşkar olunaraq götürülüb. Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixatrop maddələrin"in I Siyahısına daxildir. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31