Corabında narkotik vasitə keçirmək istədi
14 Aprel 2016 16:43 KriminalBiləsuvar Gömrük İdarəsinin Gömrük hüqüqpozmalarına qarşı mübarizə Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat məlumatı əsasında idarənin "Qoşa Təpə" Gömrük Postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və onun üzərində qanunvericiliyə uyğun olaraq şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı həmin şəxsin üzərindən, sağ ayağındakı corabın içəri topuq hissəsindən gömrük nəzarətindən gizlədilən, bir ədəd bükümdə xalis çəkisi 2,55 qram olan narkotik vasitə - tiryək aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31