“Milli Ön”ü sındıraraq pulu aparıblar

Gəncədə oğurluq etmiş şəxslər məsuliyyətə cəlb edilib. "Olaylar" Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 7-də "Komtec LTD" şirkətinə məxsus "Milli Ön" ödəmə terminalını sındırmış və içərisindəki 217 manatı oğurlamış Gəncə şəhər sakinləri Tural Ələşrəfov, Həsən Salmanov və Atil Hacıyev tutulublar. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31