Keçmiş məhkumlar toyuq oğurlayarkən yaxalanıblar
14 Aprel 2016 15:40 KriminalAprelin 13-nə keçən gecə Suraxanı rayonunun Binə qəsəbəsində yaşayan Fariz İsmayılovun həyətindən 69 ev quşu oğurlanıb. DİN-dən verilən məlumata görə, Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Elçin Ələsgərov və Elxan İsmayılov tutulublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31