Prokuror Azərbaycanda tanınmış rəssamın oğluna 7 il həbs cəzası istəyib
14 Aprel 2016 14:23 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Nazim Ağabəyovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edib. O, N. Ağabəyovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə prosesi aprelin 22-də davam etdiriləcək.
Qeyd edək ki, Meydan TV-nin direktoru Emin Millinin qaynı olan N. Ağabəyov Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. N. Ağabəyovun atası Mais Ağabəyov Azərbaycanın tanınmış rəssamlarından biridir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31